Ramiz Mehdiyevin nəvəsinin avtomobili ilə bağlı yeni detal - Qiyməti şok etdi - FOTO

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunmuş sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyevlə bağlı maraqlı faktlar üzə çıxıb.
Avtosfer.az news24.az-a istinadən xəbər verir ki, o, 630 min manat dəyərində olan “Lamborghini Urus” markalı avtomobil idarə edir. Daha da maraqlısı, avtomobilin üzərindəki "90-AA-500" dövlət qeydiyyat nişanıdır.
Avtomobil nömrələrinin dəyəri bir çox hallarda rəqəmlərin və hərf birləşmələrinin “prestij səviyyəsinə” görə dəyişir. Belə ki, “AA” kimi simmetrik və xüsusi seriyalı nömrələr adətən yüksək statuslu şəxslər tərəfindən seçilir və belə nömrələrin qeyri-rəsmi bazar qiyməti 20 min manatdan 70 min manata qədər dəyişə bilir.
“500” kimi asan yadda qalan və simmetrik kombinasiyalar isə qiyməti daha da artırır. Beləliklə, “90-AA-500” kimi seriyalı bir nömrənin real bazar dəyərinin təxminən 50-60 min manat arasında olduğu güman edilir. Bu isə Hikmət Əliyevin idarə etdiyi avtomobilin ümumi dəyərinə əlavə simvolik “lüks göstərici” kimi qiymətləndirilir.
Qeyd edək ki, “Lamborghini Urus” İtaliya istehsalı olan və dünyanın ən bahalı SUV modellərindən biri sayılır. Avtomobilin 4.0 litr həcmində mühərriki 650 at gücünə malikdir və cəmi 3,6 saniyəyə 100 km/saat sürət yığır.

Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











