“Range Rover”lə qəza törədən sürücü bəraət aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Eyvazlı 8 il müddətinə azadlıqdan və 3 il avtomobil idarə etmək hüququndan məhrum edilib. Əli Abdullayevin isə əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, aparılan araşdırma zamanı onun təqsiri müəyyən edilməyib. Prokuror Q.Eyvazlı və Ə.Abdullayevin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, ötən ilin mart ayında Binəqədi-Mehdiabad yolunda Bakı sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan Ramiz Muradov və Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












