"Rasim polis formasına həmişə hörmətlə yanaşardı" - Şəhid anası - VİDEO

2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı kimi tarixə düşdü.
Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, həmin gün Xocavənd rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində 8 polisimiz şəhid oldu. Onlardan biri də polis serjantı Rasim Məmmədov idi.
Şəhidin anası Xuraman Məmmədova oğlu ilə bağlı xatirələrini bölüşərək deyib:
"Rasim çox zəhmətkeş və məsuliyyətli biri idi. Həmişə polis formasına hörmətlə yanaşardı. İşindən danışmağı sevməzdi".
Xuraman Məmmədova həmin günün acı xatirəsini də belə xatırlayır:
"Həlak olan polislərlə bağlı xəbərlər yayılanda mən dərsdə idim, baş verənlərdən xəbərsiz idim. Hamı düşünürdü ki, bu xəbəri mənə necə desinlər. Şəhidlərin siyahısında Rasimin şəkli yox idi. Oğullarımızı Vətən uğrunda qurban verib suverenliyimizi bərpa etdik. Bizim borcumuz onların adını daim yaşatmaqdır".
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı










