Rayon avtomobillərinin paytaxta giriş saatı DƏYİŞDİRİLDİ

Rayon qeydiyyatlı avtomobil sahiblərinin böyük əksəriyyəti qoyulan məhdudiyyətə əməl edir. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin modern.az-a verdiyi məlumata görə, Bakı şəhərinə girişə məhdudiyyətin tətbiq edilməsilə bağlı sürücülərin məsuliyyətə cəlb olunması nəzərdə tutulmur: "Vaxt məhdudiyyətinin tətbiq edilməsilə bağlı sürücülərə müraciət olunub və onların nəqliyyat vasitələri qeyd edilən məhdudiyyət zamanı şəhərin girişindəki xüsusi duracaqlarda saxlanılır. Qərar ötən ilin sentyabr ayından tətbiq olunduğundan sürücülərin əksəriyyəti qoyulmuş qaydalara riayət edir və məhdudiyyət müddət bitdikdən sonra paytaxta daxil olurlar. Məhdudiyyət vaxtı gələnlər də ancaq ictimai nəqliyyatdan, elektrik qatarlarından istifadə edirlər. Onlar da görür ki, bu cür nəqliyyat vasitələri şəxsi nəqliyyat vasitələrindən daha sərfəlidir".
K.Əliyev deyib ki, rayon qeydiyyatlı avtomobillərin şəhərə daxil olmasında bəzi istisnalar tətbiq edilir: "Kənd təsərrüfatı məhsullarının gətirilməsi, yaxud göndərişi olan xəstələrlə bağlı məhdudiyyət götürülür. Demək olmaz ki, kimsə bu məhdudiyyətə əməl etmədi və buna görə cəzalandırdılar. Məqsəd hansısa sürücünü tətbiq olunan məhdudiyyət müddətlərində məsuliyyətə cəlb etməkdən ibarət deyil".
BDYP rəsmisi bildirib ki, respublikada yay-qış vaxtına keçidin ləğvi ilə əlaqədar rayon qeydiyyatlı avtomobillərin paytaxta giriş saatlarında da dəyişiklik olub: "Bakı qeydiyyatında olmayan avtomobillər yay qrafikində 07:30-dan 21:00-a, qış qrafikində 07:30-dan 20:00-dək paytaxta daxil ola biləcəklər".
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il iyulun 23-dəki "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qərarına əsasən, rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan edilib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












