Rayon avtovağzalları Bakıya qayıdan sərnişinləri avtobusla təmin edə bilirlərmi? - VİDEO

Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Zaqatala avtovağzalında sıxlığın qarşını almaq üçün əlavə avtobuslar cəlb olunub.
Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar.
Novruz bayramı tətilinin son günündə Gəncə beynəlxalq avtovağzalında da canlanma müşahidə olunur. Sərnişinlərin əksəriyyəti tədbirini əvvəldən görsə də, həmin gün bilet alanlar da olub.
Avtovağzal rəhbərliyi də əvvəlki təcrübələrə əsaslanaraq xəttə əlavə avtobuslar cəlb edib.
Gəncədən Bakıya gün ərzində sürət qatarı, taksilərlə də sərnişin daşınması həyata keçirilir.
Bayram günləri ilə əlaqədar iki gündür Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalda səhər saatlarında sıxlıq müşahidə olunub. Buna görə də Lənkəran avtovağzalından əlavə olaraq 8 avtobus xəttə buraxılıb.
Avtovağzal rəsmisi süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin də gücləndirildiyini bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ








