Rayon maşınlarına qoyulan məhdudiyyətin vaxtı uzadıldı

“2015-ci ildən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin yay aylarında saat 07.30-dan axşam saat 21.00-dək Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunur. Həmin məhdudiyyətlər indiyə qədər qüvvədədir”. Avtosfer.az-ın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuat konfransında deyib. K.Əliyev bildirib ki, Bakıda qeydiyyatı olmayan nəqliyyat vasitələrinin sürücüləri bilməlidirlər ki, Bakıya daxil olmaq istəyirlərsə, nəqliyyat vasitələrini şəhər girişində yaradılmış dayanacaqlarda yerləşdirməklə ictimai nəqliyyatdan, yaxud taksilərdən istifadə etməklə şəhərə gələ bilərlər: “Rayonlardan gələn nəqliyyat vasitələri saat 21.00-dan sonra şəhərə daxil ola bilərdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Bakıya daxil olma ilə bağlı məhdudiyyətin tətbiqi vaxtı fərqlidir. Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına səhər saat 07.00-dan axşam saat 22.00-dək məhdudiyyət qoyulub”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












