Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF

Rayon yollarında baş verən ağır yol-nəqliyyat hadisələri yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemləri yenidən gündəmə gətirir. Xüsusilə, yüksək sürət, sürücülərin qaydalara əməl etməməsi və yol infrastrukturundakı çatışmazlıqlar qəza riskini artıran əsas amillər sırasındadır.
Avtosfer.az xəbər verir ki, bu cür hadisələrin qarşısının alınması üçün rayon yollarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib məsələlərdən biridir. Bəs, ağır qəzaların sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, rayon yollarında ağır qəzaların əsas səbəbləri yüksək sürət, təhlükəli ötmə, qarşı hərəkət zolağına çıxma və sürücülərin diqqətsizliyidir:

''Lakin məsuliyyəti yalnız sürücülərin üzərinə qoymaq doğru deyil. Bəzi yollarda təhlükəli döngələrin olması, görünüş məsafəsinin məhdudluğu, işıqlandırmanın zəifliyi, yol örtüyündəki çala-çuxurlar və qoruyucu baryerlərin çatışmazlığı da qəza riskini artırır. Xüsusilə gecə saatlarında bu problemlər daha ciddi təhlükə yaradır. Qəza statistikasına əsasən, qəza ocaqları əvvəlcədən müəyyənləşdirilməli və həmin ərazilərdə sürətə nəzarət gücləndirilməlidir. Bunun üçün radarlar quraşdırılmalı, xəbərdarlıq nişanları və yol cizgiləri yenilənməli, təhlükəli döngələrdə sürücüləri əvvəlcədən məlumatlandıran nişanlar yerləşdirilməlidir. Eyni zamanda, yolların işıqlandırılmasına və qoruyucu baryerlərin quraşdırılmasına diqqət yetirilməlidir. Əsas məqsəd qəza baş verdikdən sonra onun nəticələrini aradan qaldırmaq deyil, hadisələrin əvvəlcədən qarşısını almaq olmalıdır''.
Fatimə
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












