Rayona getmək istəyənlərin nəzərinə: Səyahət sığortası etdirin - VİDEO

Yayda vətəndaşlarımız istirahət üçün daha çox rayonlara üz tuturlar. Çünki bölgələrə səyahət etmək əksəriyyət üçün əlçatan olur.
Avtosfer.az xəbər verir ki, bəziləri xərclərini biraz da azaltmaq üçün turpaketlərdən yararlanmağa çalışırlar. Xüsusilə fərdi qaydada, müxtəlif şəxslər tərəfindən təşkil edilən turlar daha ucuz hesab olunur. Bu zaman isə bir çox hallarda sığorta məsələsi arxa planda qalır. Turizm üzrə ekspert Eldar Dərgahov deyir ki, belə turlarda əsas problem səyahət edən şəxslərin sığortalanmamasıdır. Ekspert sözlərinə görə, xaric ölkələrə səyahət zamanı sığorta məsələlərinə ciddi yanaşılsa da, daxili turlarda bu tələb qoyulmur. Ekspert deyir ki, daxili turlar zamanı səyahət edənlərin sığorta edilməsi ilə bağlı konkret tələb yoxdur. Bu da fərdi turizmlə məşğul olanlarda arxayınlıq yaradır. Eldar Dərgahovun həmçinin bildirir ki, sığortalanma zamanı turistin özü ilə yanaşı, üzərindəki əmlakıda nəzərə alınmalıdır. Bir neçə turizm şirkəti və fərdi qaydada tur təşkil edənlərlə də əlaqə saxladıq. Bildirdilər ki, səyyahət zamanı onlara müraciət edən vətəndaşlardan sığorta tələb olunur.
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı










