Rayonlara gedən avtobusların sayı artırılacaq

Novruz bayramı ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı rayonlara gedən avtobusların sayını artıracaq. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
O bildirib ki, bayram günləri sıxlığı nəzərə alaraq xəttə əlavə 250 marşrutun çıxarılması nəzərdə tutulur: “Biletlərin online satışı daha çoxdur. Demək olar ki, 18-19 mart tarixlərinə olan biletlər artıq satılıb”.
Avtovağzal rəsmisi sıxlıqla əlaqəli süni qiymət artımının olmayacağını deyib:
“Avtovağzalda biletlərin qiymətinə nəzarət edən komissiya var. Komissiya gediş haqlarının qiymətində süni artım olmamasına nəzarət edir. Hələlik bizə bu istiqamətdə şikayət daxil olmayıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Novruz bayramı ilə münasibətilə 8 gün ( 20-27 mart) qeyri-iş günü olacaq.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












