Rayonlara gedən sürücülərə xəbərdarlıq - YENİLƏNİB - FOTO

Bakı-Şamaxı-Yevlax magistral yolunda sürüşmə yenidən aktivləşib. "Report" xəbər verir ki, sürüşmə Şamaxı rayonunun Şərədil kəndindən keçən hissəsində müşahidə olunur. Kənd sakinlərinin sözlərinə görə, sürüşməyə səbəb bu il qış aylarındakı qarlı hava şəraiti və hazırda qarın əriməsi nəticəsində sürüşmə aktivləşib. Hazırda həmin ərazidə yolda xeyli çatlar əmələ gəlib. Sürüşmə zonasında çatların dərinliyi 30-40, hətta bəzi yerlərdə 60 sm-ə yaxındır.
Qeyd edək ki, 14 km-lik Ağsu aşırımı sürüşmə zonası olduğundan, yük və ağır tonnajlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulsa da, buna riayət olunmur.
“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib ki, bu ərazidə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Həmin əraziyə çatmamış yolda sürüşmə olub və qarşısı alınıb. "Hadisə yolun bir hissəsində baş verdiyi üçün avtomobillərin hərəkəti məhdudlaşmayıb. Avtomobilər yolun ikinci hissəsində normal hərəkət edir. Martın birində yolda bərpa işləri başlanacaq", - deyə Anar Nəcəfli bildirib.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
















