Rayonlara gedənlər bilet tapmırlar

Novruz bayramı ilə əlaqədar rayonlara, xüsusilə də qərb regionuna səfər etmək istəyən bəzi sərnişinlər problemlə üzləşiblər. Avtosfer.az apa-ya istinadən bildirir ki, bayramla əlaqədar rayonlara səfər edənlərin sayı kəskin artıb ki, bu səbəbdən bəzi sərnişinlər avtobus və qatarlara bilet tapa bilmir.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Bakı Beynəlxalq Avtovağzalında bilet çatışmazlığı məsələsinə aydınlıq gətirib: "Məlumdur ki, bayramla əlaqədar xeyli sayda vətəndaş rayonlara üz tutur, sərnişin sayı həddindən artıq çox olur. Buna görə, biz hər kəsə tövsiyə edirik ki, bileti ya onlayn, ya da kassadan bir neçə gün, heç olmasa bir gün öncə alsınlar. Hərdən olur ki, vətəndaş səfərə 30 dəqiqə qalmış gedir avtovağzala, bilet tapa bilmir və bu cür hallarla üzləşir. Çünki biletlər durmadan alınır. 30 dəqiqəlik intervalla istənilən bölgəyə avtobuslar çıxır. Biletin tapılmamağı real deyil".
Dövlət Xidmətinin sözçüsü əlavə edib ki, bayramla əlaqədar sərnişin axınının çoxluğu nəzərə alınıb və 200-250 ehtiyat avtobus saxlanılıb: "Ehtiyac olarsa, həmin avtobuslar xəttə buraxılacaq".
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov isə bildirib ki, bayramla əlaqədar 10 gün əvvəl qatarlara biletlər satışa çıxarılıb: "Biletlərin hamısı alınıb. Ən çox sıxlıq 18-19 mart tarixlərində olacaq və bununla əlaqədar xəttə əlavə vaqonlar qoşacağıq. Bilet az olur, lakin o demək deyil ki, satışı həyata keçirilmir. Bilet satışı hər gün həyata keçirilir. Biz müəyyən olunmuş saya əsasən bilet satışını həyata keçiririk".
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












