Rayonlara gedib-gələnlərə şad xəbər - VİDEO

Sərnişinin dediyi kimi Bakı Beynəlxalq Avtovağzalından bölgələrə yalnız birtərəfli qaydada bilet satışı həyata keçirilir. Əks istiqamətə, qayıdışa isə əvvəlcədən bilet almaq olmur. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ikitərəfli biletin internet vasitəsi ilə onlayn satışı üçün sistem üzərində işləyir. Avtosfer.az xəbər verir ki, sistem hazır olduqdan sonra həm Bakıdan, həm də rayonlardakı avtovağzalların kassalarından əvvəlcədən gediş-gəliş biletini almaq mümkün olacaq. Məqsəd xüsusilə də bayram günlərində rayonlara gedib, dönüşdə yaşanan sıxlığın qarşısını almaqdı. Gediş-gəliş biletinin qiymətində həm onlayn, həm də kassadan alınarkən heç bir artım olmayacaq. Yaxın vaxtlarda tətbiq ediləcək sistem sərnişinlərlə yanaşı sürücülərin də ürəyincədir. Bakı Beynəlxalq Avtovağzalda bilet satışı kassaları isə üçüncü mərtəbəyə qaldırılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə, Novruz bayramı ilə əlaqədar martın 15-dən tətil qurtarana qədər avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












