Rayonlara gediş-gəliş qadağası ləğv olundu, amma gedən yoxdur - VİDEO

Rayonlara avtobuslar fəaliyyət göstərmədiyindən vətəndaşlar şəhərlərarası işləyən taksilərə üz tuturlar.
Ötən gündən rayonlara gediş-gəliş üçün qoyulan qadağa götürülsə də, şəhərlərarası işləyən taksilərdən istifadə edənlər adi günlərdən fərqlənmir.
Sürücülər deyirlər ki, müştərilərinin çox olacağını gözləsələr də, rayonlara üz tutanların sayı elə də çox olmayıb.
Vətəndaşlar isə bildirirlər ki, əvvəlki günlərdə gediş haqqında qiymət fərqi bütün rayonlar üzrə müşahidə edilib. Lakin hazırda tələbat az olduğundan qiymət bahalaşması yoxdur.
Sürücülərin sözlərinə görə, yollar bağlı olduğu müddətdə az sayda sərnişinlə eyni yolu getdiklərindən qiymətdə fərq olub. Hazırda isə tələbin az olması ilə qiymətlər əvvəlki qaydada saxlanılıb.
Sürücülər hazırda sıxlığın müşahidə edilmədiyini, həftəsonları isə müraciətlərin çox olacağını deyirlər. (Xezerxeber.az)
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










