Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi - FOTO

Ölkənin şimal-qərb bölgəsi ağ örpəyə büründü. Avtosfer.az ARB Şəkiyə istinadən xəbər verir ki, təkcə gecə saatlarında Şamaxıya 5, dağlıq kəndlərə isə 10 sm qar yağıb. Qarın yağmasına sevinənlər az deyil. Ancaq yağan qar magistral yollarda sürücülərə çətinlik yaratdı. Dumanlı və qarlı hava sürücüləri yarı yolda qoyub. Hava şəraitinin kəskin dəyişməsi Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı magistral yollarına da təsirsiz ötüşməyib. Anidən başlayan qar, yola ehtiyyatsız çıxan sürücülər üçün çətin anlar yaşadıb. Maşınların hərəkəti məhdudlaşdırılmasa da qar səbəbindən yolun sürüşkən olması hərəkətə qismən mane olub. Muğanlı dolaylarında qarla yanaşı, havanın dumanlı olması da sürücülərin işini çətinə salıb. Yolun 2-4 və 7-ci km-dəki sərt yoxuşlarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qaıb. Səhər saatlarından etibarən yollara qum duz-qarışığı tökülüb yolun qardan təmizlənməsi işi aparılıb. Bununla belə qar yağışının davam etməsi və gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə bu yoldan istifadə edərkən ehtiyatlı olmaları məsləhət görülür.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












