Rayonlarda çayın daşması fəlakət yaşatdı - FOTOLAR

İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub. Rayon mərkəzinə getmək mümkün olmadığından sakinlər çaydan keçmək üçün atlardan istifadə edirlər. Bundan əlavə, sel suları kəndlərdə əkilən bostan sahələrinə də ciddi ziyan vurub. Dörd kənddə çayın həm sol, həm də sağ sahilində əkilən bostan və tərəvəz bitkilərini sel yuyub aparıb. Hətta bəzi ərazilərdə torpaq uçqunları da baş verib. Kəndlərə verilən elektrik enerjisi kəsilib. Şamaxı-Qaleybuğurd yolunun 4-6 km.-də Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülülb.
Günün ikinci yarısından başlayaraq aidiyyəti qurumlar əraziyə cəlb olunub. Təmir işləri nəticəsində Qaleybuğurd kəndi ilə əlaqə bərpa edilib. Digər iki kəndlə hələ də əlaqə yoxdur.
Yeri gəlmişkən, ötən gündən yağmağa başlayan güclü yağış Pirsaatçay çayının Hacıqabul rayonunun Uduku kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxmasına səbəb olub. Nəticədə yaranan sel suları çayın üzərindəki körpüyə ziyan vurub, rayonun Qubalı kəndində bir neçə fərdi yaşayış evi su altında qalıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Pirsaatçay çayının səviyyəsi aşağı düşdüyündən həyətyanı sahələrdəki sel-suları çəkilib. Ziyan dəymiş körpü isə təmir edilib. Hazırda kənddə elə bir ciddi problem yoxdur
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

























