Rəis müavini bıçaqlandı: "İşə gəlmirdi" - VİDEO

Gəncədə ötən gün bıçaqlanma faktı qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Gəncə Lokomotiv Deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb. O, sol budun arxa tərəfinin üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Dəmiryolu Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.
Sabit Qasımovun sözlərinə görə, Gəncə Lokomotiv Deposunda çilingər işləyən qonşusu, 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəminində bıçaqlanıb. Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib.
Sabit Qasımov - zərərçəkən: "İdarəmizin həyətinə daxil olmuşdum. 20 metr idi, getmişdim, məni gördü, başında papaq qaçdı üstümə. Mənim də əlimdə heç nə yox idi. O, bir ay yarım əvvəl işə gəlməmişdi. Birinci dəfə deyildi, dəfələrlə işə gəlmirdi. Buna akt tərtib elədik ki, niyə işə gəlmirsən? Bu da qapıbir qonşumdur, yaxın münasibətdə olduğum adamdır. Söhbət ondan gedir ki, nəyə görə mənim aktıma qol çəkirsən?"
İlkin məlumata görə, Rəşad Allahverdiyev Sabit Qasımovun qardaşı Cabirlə münaqişə zamanı xəsarət alıb. Qeyd edək ki, Rəşad Allahverdiyev də ötən gün döyülmə xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona alının əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. O da ifadəsi zamanı qonşuları tərəfindən hücuma məruz qaldığını bildirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












