“Rembo” komadan ayıldı

Aprel döyüşlərində başından ağır yaralanan “Rembo” ləqəbli tankçı, Goranboy rayonundan olan Razi Cavadov komadan tam ayılıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Aqil Aslan məlumat yayıb. O bildirib ki, düşmənin snayper gülləsindən ağır yaralanmış hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb: “Bir aydan çoxdur ki, ata yolu gözləyən uşaqları, ailəsi nəhayət hospitalda Razi ilə görüşüb, onunla söhbət ediblər. Yaşatdıqları bu sevincə görə Allah bütün həkimlərdən, tibb bacılarından razı olsun. Allah Raziyə şəfa versin!”.
Xatırladaq ki, başından ağır yaralanan “Rembo” ləqəbli Razi Cavadov 40 gündən çoxdur ki, koma vəziyyətində idi. Aprel ayında 4 günlük müharibə zamanı düşmən gülləsinə tuş gələn hərbçimiz əvvəlcə Gəncədəki hospitala yerləşdirilmişdi. Ancaq onun vəziyyəti ağır olduğundan bir neçə gün sonra çətinliklə də olsa, Bakıya - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilmişdi. Onun sol gözü əməliyyat olunub. Hazırda tankçımızın həyatı üçün heç bir təhlükə yoxdur, o komadan ayılıb, müalicəsi davam edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












