Rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri hazırlanıb - ETX

Azərbaycanda rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri və minimal tələblər hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev təmsil etdiyi qurumun Medianın İnkişafı Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi "Media subyektləri üçün kibertəhlükəsizlik" mövzusunda seminar və təlimdə bildirib.
"Artıq minimal kibertəhlükəsizlik tədbirləri aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Həm Audiovizual Şura, həm də Medianın İnkişafı Agentliyi ilə görüşlər keçirilib. Həmin tələblər bir neçə aspekti özündə ehtiva edir. Bura həm insan amilləri, həm proses, həm texnologiya, həm də idarəetmə aiddir. Bunların hər birinə dair müəyyən tələblər var. Biz inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini istifadə edərək həmin tələblərin formalaşdırılmasını həyata keçirmişik. Bu tələblərin formalaşdırılması, rəqəmsal efir məkanında kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin gücləndirməsinin təminatçısı olacaq", - deyə o qeyd edib.
ETX rəsmisinin sözlərinə görə, informasiya təhlükəsizliyi heç də həmişə texniki həllərdən ibarət deyil:
"İnformasiya təhlükəsizliyinə dair beynəlxalq standartlara və normativ sənədlərə baxdığınız zaman təhlükəsizliyin təmin olunmasında ən aşağı yerdə duran istiqamət texniki məqamdır. Əslində diqqət ediləcək əsas məsələlər idarəetmə, siyasətkər, aktlar, normativ sənədlər olmalıdır. Bu mənada rəqəmsal media məkanı subyektləri informasiya təhlükəsizliyinin təmini olunmasında ilk növbədə müəyyən siyasətlərin və qaydaların hazırlanmasına diqqət erməlidir. Bunun üçün xüsusi maliyyə vəsaiti tələb olunur".
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












