Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib - FOTO

Oktyabr 3-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun növbəti görüşü keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkənin rəqəmsal gələcəyinin qurulmasında xüsusi rolunu vurğulayıb:
“Konsepsiyanın uğurlu icrası üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti zəruridir. Bizim əsas məqsədimiz dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirmək, xidmətlərin keyfiyyətini yüksəltmək və vətəndaşların gündəlik həyatına real fayda gətirməkdir”.
Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Məlumatların idarəedilməsi strategiyası layihəsi” və “Rəqəmsal hökumət arxitekturası: görüləcək işlər və gözlənilən nəticələr” mövzularında təqdimatlar keçirilib. Çıxışlarda ölkə üzrə vahid məlumat idarəçiliyi çərçivəsinin formalaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin səmərəli təşkili, “Hökumət buludu” və milli data mərkəzlərinin inkişafı, həmçinin informasiya təhlükəsizliyi standartlarının tətbiqi kimi məsələlər ətraflı müzakirə olunub.
Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil edilib, işçi qrupunun üzvləri və iştirakçılar tərəfindən fikir və təkliflər səsləndirilib.
Qeyd edək ki, Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun fəaliyyəti “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası çərçivəsində vahid koordinasiyanın təşkilinə və rəqəmsal dövlət idarəçiliyinin inkişafına xidmət edir.





Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA








