Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb - FOTO

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə ölkəmizdə qurumun Akselerasiya Mərkəzinin yaradılmasını müzakirə edib.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
“Cenevrəyə (İsveçrə) səfər çərçivəsində BTİ-nin Baş katibi Dorin Boqdan Martinlə görüşdük. 18-27 noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi apardıq”,- deyə o qeyd edib.
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










