Rəşad Nəbiyev “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib - Fotolar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli Məclisin üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak edib.
Avtosfer.az xəbər verir ki, təqdimatda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir. Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək. Qeyd edək ki, iştirak üçün bu link – https://forms.gle/gFRZCxc3XEBtUdLx5 vasitəsilə qeydiyyatdan keçmək mümkündür.


Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO










