Banner

Rəsmi Bakı İrəvana növbəti dəfə sülh çağırışı edib

Gündəm 7 Noyabr 2023 12:18 Oxunub 672
Rəsmi Bakı İrəvana növbəti dəfə sülh çağırışı edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

Avtosfer.az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanatında əksini tapıb.

Qeyd edilib ki, hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh