Respublika yollarında – SON VƏZİYYƏT

“Azəryolservis” ASC hava şəraiti ilə əlaqədar respublika yollarında son vəziyyətlə bağlı açıqlama verib.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda magistral və respublika əhəmiyyətli yollarda heç bir problem yaşanmır.
A.Nəcəfli qeyd edib ki, hava şəraiti ilə əlaqədar “Azəryolservis”in əməkdaşları dünəndən etibarən yollarda təmizləmə işlərini həyata keçirir: “Bakıda yollar qardan təmizlənib. Zərurət yarandığı yerlərə düz səpilib. Ola bilər ki, ara küçələrdə və məhəllələrdə qar qalsın. Lakin əsas küçə və prospektlərdə nəqliyyatın sərbəst hərəkəti təmin edilib”.
Şirkət rəsmisi əlavə edib ki, əsas magistral yollarda heç bir problem yoxdur: “Respublika üzrə yollarda vəziyyət normaldır. Hətta Ağsu aşırımlarında işlər aparılıb, hazırda da aparılır və heç bir problem müşahidə olunmur. Əsas problem ucqar ərazilərdə yaranmışdı. Orda da yolların buzdan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Hazırda orda qarın yağması davam edir”.
A.Nəcəfli sürücüləri də ehtiyatlı olmağa çağırıb.
O qeyd edib ki, hazırda yollarda problem yaradan hazırlıqsız sürücülərdir: “İndiki hava şəraitində avtomobil sahibləri maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini dəyişdirməlidirlər. Çünki yağışlı və qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur, bu da baş verən qəzaların sayını artırır.
Sürücülər avtomobillərinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, habelə soyuducu sistemlərində donmayan mayelərdən istifadə olunmasına diqqət yetirməlidirlər”.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ










