Respublika yollarında son vəziyyət

Azərbaycanda şaxtalı hava şəraiti nəticəsində respublikanın yollarında ciddi problemlər yaranmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli bildirib ki, bir az dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma var idi: “Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb”.
A.Nəcəfli Bakı yollarında da ciddi problemlərin omadığını diqqətə çatdırıb. O bildirib ki, buzlaşmanın qarşısını almaq üçün xüsusən körpülərə, enişli-yoxuşlu yollara duz-qum qarışığı səpilib:
“Ancaq bu, tam olaraq sürüşmənin qarşısının alınacağı demək deyil. Sürücülər özləri də bu havalara hazır olmalıdırlar. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Avtomobillərin şinləri qış şinləri olmalıdır. Əgər sürücü avtomobili yay şini ilə sürürsə, sürüşmə ehtimalı yoxdur, deyə bilmərik və bu halda əlbəttə ki, sürüşmə ehtimalı var”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










