Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında ... - AÇIQLAMA

İran da Azərbaycan kimi neft ölkəsidir və dünyada neft erasının tədricən başa çatması ilə əlaqədar hər iki dövlət qeyri-neft sektorunun inkişafını diqqətdə saxlamaq məcburiyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq iqtisadiyyat üzrə ekspert Nəvi Danəşvər deyib.
Onun sözlərinə görə, hər iki ölkənin nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələri var.
“Bu əməkdaşlıqla İran və Azərbaycan Şərqdən Qərbə və əks istiqamətə yük daşımasına imkan yaradar, nəzarət edər və gəlir götürərlər. Azərbaycan və İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üzərində yerləşən mühüm dövlətlərdir. Azərbaycan Avropadan Cənub-Şərqi Asiyaya, İran isə Cənub-Şərqi Asiya və Hindistandan Avropaya daşınan yüklər üçün logistika mərkəzi ola bilərlər. Bunun üçün hər iki ölkənin ərazisində geniş infrastruktur layihələr lazımdır ki, bu istiqamətdə də addımlar atılıb. Dünya Bankının hesabatına əsasən, yaxın 10 il ərzində Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq ki, bunun da həyata keçirilməsi üçün mütləq nəqliyyat və tranzit infrastrukturu vacibdir”, - deyə N.Danəşvər vurğulayıb.
Ticarət dövriyyəsinin artması ilə ilk növbədə yükdaşımaların artdığını, ənənəvi olaraq Şərqdən Avropaya xammal, əks istiqamətə isə istehlak malları daşındığını deyən ekspert hazırda iqtisadi dəyişikliklər baş verdiyini əlavə edib:
“Çin Yaponiya, Koreya, Avropaya istehlak malları, Körfəz ölkələri isə neft və neft məhsulları ixrac edirlər. Rusiyadan Asiya ölkələrinə ağac və ağac məmulatları, tikinti materialları ixrac olunur. Avropa ilə Asiya arasında cərəyan edən ticarət dövriyyəsindəki malların 15 faizi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti ilə daşınsa, Azərbaycan və İran ildə təxminən 2-3 milyard dollar gəlir əldə edə bilər. Bu gəlir təkcə tranzit xərcləri ilə deyil, eyni zamanda yeni iş yerlərilə, xarici şirkətlərin yerlərdə açacaqları nümayəndəlikləri ilə əldə ediləcək. Rəşt-Astara dəmir yolu xətti istismara verilsə iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq”, - deyə ekspert qeyd edib.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










