Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün … - 2026-cı ilin mart ayına qədər

İran gələn ilin mart ayına qədər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas həlqəsi olan Rəst-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahələrinin təhvil verilməsini başa çatdıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə Çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Nikolay Udoviçenko III Beynəlxalq Xəzər Rəqəmsal Forumu çərçivəsində bildirib.
O, qeyd edib ki, bu günlərdə Rusiya, Azərbaycan və İran nümayəndələri arasında üçtərəfli görüş keçirilib, burada sərhəd əməkdaşlığı və dəmir yolu infrastrukturunun inkişafı məsələləri müzakirə olunub. “İran tərəfi söz verib ki, artıq gələn ilin mart ayına qədər bu tikinti üçün torpaq sahələrinin təhvil verilməsini başa çatdıracaq. Odur ki, yaxın gələcəkdə belə bir birbaşa dəhlizin formalaşmasına çıxmaqda böyük ümid var”, - deyə diplomat bildirib.
N.Udoviçenkonun sözlərinə görə, Moskva Rəşt-Astara hissəsinin tikintisi layihəsində fəal iştirak edir. O, ümid etdiyini bildirib ki, həmin vaxta qədər ölkələr müvafiq qurumlar arasında daha sıx koordinasiya və ya hətta marşrutun səmərəli istismarı üçün vahid logistika operatorunun yaradılması barədə razılığa gələ bilərlər.
Qeyd edək ki, III Beynəlxalq Xəzər Rəqəmsal Forumu 30-31 oktyabr tarixlərində Dağıstanın Kaspiysk şəhərində keçir. Əsas mövzular arasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Xəzər dənizi ətrafındakı ekoloji vəziyyət və rəqəmsal bazarlar yer alıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












