"Rəşt-Astara layihəsi Bakı və Moskva ilə icra mərhələsinə qədəm qoyur" - İran naziri

İran, Azərbaycan və Rusiya nümayəndələrinin Bakıda keçirilən üçtərəfli görüşü Rəşt-Astara dəmir yolu layihəsinin və digər tranzit layihələrinin irəliləməsində mühüm addımdır.
Avtosfer.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
O qeyd edib ki, görüş beynəlxalq Şimal-Cənub dəhlizlərinin birləşdirilməsi və inzibati maneələrin aradan qaldırılması üçün səmərəli platforma yaradıb.
Sadiq jurnalistlərə açıqlamasında xatırladıb ki, görüş zamanı üç ölkə eyni vaxtda dəmir yolu və liman infrastrukturunun inteqrasiyasını müzakirə edib, texniki koordinasiya və layihələrin planlaşdırılması ilə bağlı razılıqlar əldə olunub. Onun sözlərinə görə, bu əməkdaşlıq İranın Şimal-Cənub beynəlxalq dəhlizi boyunca iqtisadi mövqeyini möhkəmləndirə və yüklərin tranzit imkanlarını artıra bilər.
Qeyd edək ki, Rəşt-Astara marşrutu bu dəhlizdə ən mürəkkəb və həyati vacib həlqələrdən biri sayılır.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










