RƏZALƏT: Ermənistana yanacaq daşıyan azərbaycanlılar - VİDEO

Məlum olduğu kimi bir neçə gündür Azərbaycan Qubadlı rayonu ərazisində - Qafan-Gorus yolunda gömrük qaydaları tətbiq edib. Xüsusilə, İrandan Ermənistana, o cümlədən, Qarabağın Rusiya hərbçilərin nəzarətində olan hissəsinə yüklər daşıyan TIR-lar həm yoxlanılır, həm də onlara gömrük rüsumu tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, ermənilər Gorus-Qafan yolu yenidən bağlanmasa da, Azərbaycan tərəfinin yolda çətinliklər yaratdığını iddia edirlər. Belə ki, İrandan Ermənistana yanacaq və neft məhsulları daşıyan TIR sürücüləri Ermənistan ərazisinə keçdikdə gömrük rüsumu ödəmələrinə baxmayaraq, Azərbaycan tərəfi də gömrük rüsumu tələb edir.
Maraqlıdır ki, İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan İran sürücüləri arasında azərbaycanlılar da var. Yəqin ki, İranın hakim dairələri ortada təfriqə yaratmaq üçün azərbaycanlı sürücüləri buraya göndərirlər. Amma, 40 milyonluq Güney Azərbaycan Türkü hər zaman olduğu kimi 44 günlük savaş sırasında da öz haqq səsini, İrana, Ermənistana və bütün dünyaya duyurdu.///turkustan
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










