RİNN-də Boukar Mişel ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələr, xüsusilə “mygov” platforması, SİMA rəqəmsal imza sistemi barədə məlumat verilib. Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Çadda tətbiqi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, kibertəhlükəsizlik, Çadda insan kapitalının inkişafı istiqamətində Azərbaycanın mümkün dəstəyi, tələbələrin ölkəmizdə İKT sahəsində təlimlərə cəlb olunmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdə əməkdaşlığın bütün sahələrini əhatə edəcək fəaliyyət planının qısa müddətdə hazırlanması məsələsi razılaşdırılıb. Bu məqsədlə Azərbaycandan mütəxəssislərin Çada səfəri gözlənilir. Çad data mərkəzinin yaradılması istiqamətində də ölkəmizin təcrübəsini öyrənəcək.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Azərkosmos ilə rəqəmsal transformasiya, innovasiya, rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA











