RİNN-də İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
İsrailin “Technion” İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə ölkəmizdə təsis edilən “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.
Görüşdə Azərbaycanla İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.
Metroda yeni gediş haqqı – NECƏ ÖDƏNƏCƏK?
Xaricdən avtomobil alanların buraxdığı əsas səhvlər - Ən çox harada yanılırıq? - ARAŞDIRMA
"BakıKart" ləğv olunur? - AÇIQLAMA
Bakıda velosiped xətləri işə yaramağa başlayıb? - RƏSMİ CAVAB - VİDEO
"Moskva hələ sentyabrda AZAL təyyarəsinin qəzası işində əsas təqsirləndirilən şəxsə qarşı bütün ittihamları ləğv edib" - "Minval Politika"
"Telegram" və "WhatsApp"la bağlı araşdırmalar davam etdirilir - ETX
Paytaxtın bu küçələrində tıxac müşahidə olunur - SİYAHI
Avtobusda bank kartı ilə ödəniş mümkün oldu, ƏSAS MƏSƏLƏ YENƏ DƏ QALDI
Bakıda tıxac məsələsinin həlli yalnız bu yolla mümkündür - Deputat AÇIQLADI
Bakının bu ərazilərinə sürət qatarı işləyəcək
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO











