RİNN-in dəstəyi ilə 11 azərbaycanlı gənc Rusiyada təhsil hüququ qazanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin ayırdığı kvota əsasında Azərbaycan vətəndaşlarının 2024-2025-ci tədris ili üçün Rusiya Nəqliyyat Universitetinə qəbulu üzrə layihə icra edib.
Avtosfer.az nazirlikdən bildirilib ki, bu ilin fevral ayından start verilən layihə çərçivəsində təhsil təqaüd proqramının elan olunması, müraciətlərin qəbul edilməsi, universitetlə birgə test suallarının hazırlanması, onların tərcüməsi və moderasiya prosesi həyata keçirilib.
Qəbul üçün 124 nəfər qeydiyyatdan keçib. Onlardan 70 nəfər test imtahanında iştirak edib. Növbəti mərhələyə keçən 46 namizədin hər biri ilə fərdi görüş təşkil olunub və yekun seçim edilib.
Nəticədə 11 nəfər Rusiya Nəqliyyat Universitetinin Nəqliyyat proseslərinin texnologiyaları, Yerüstü texnoloji-nəqliyyat kompleksləri, Dəmir yollarının istismarı və Nəqliyyat tikintisi mühəndisliyi fakültələrinə qəbul olunub. Tələbələrdən 2-si spesialitet, 5-i bakalavr, 4-ü magistratura səviyyəsi üzrə təhsil almağa başlayıb.
Nazirlik tələbələrə sənədlərin rəsmiləşdirilməsində, həmçinin onların Moskvaya getmələri və müvafiq prosedurlardan keçmələrində də dəstək göstərib.

21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










