RİNN-də İşçi qrupunun növbəti iclası keçirilib - FOTOLAR

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, işçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış çıxışı edərək Dünya Bankının “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanın kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirildiyini qeyd edib. O bildirib ki, müvafiq hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb. Ümumilikdə kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.
Toplantıda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi üzrə 2025-ci ildə görülən işlərə dair hesabat təqdim edilib.
İclasda sözügedən indikatorla bağlı təsdiqlənmiş 2026-cı ilin Yol Xəritəsi üzrə I rüb ərzində görülmüş işlərə dair hesabat da təqdim edilib və qarşıda duran vəzifələr müəyyən olunub.
İşçi qrupun rəhbəri biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.


İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












