Rio-2016: Çunayev Azərbaycana daha bir medal qazandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarında Rəsul Çunayevin medal qazanmaq şansı davam edib. Avtosfer.az-ın xəbərinə görə, bürünc uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.
“Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Miqran Arutyunyana uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri güləş üzrə Azərbaycan yığmasının üzvü Rəsul Çunayev deyib.
Rio Olimpiadasında Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bürünc medala sahib olub. O, yarımfinalda erməni güləşçiyə məğlub olmasını çəkisini dəyişməsi ilə əlaqələndirib: “Mən uzun müddətdi 66 kq çəkidə çıxış etmirdim. Olimpiadaya düşmək üçün çəkimi salmalı oldum. Bu amil məğlubiyyətimdə çox böyük rol oynadı. Püşküm də çətin düşmüşdü. 1/8 finalda Olimpiya çempionu ilə qarşılaşdım. Sonuncu rəqibim koreyalı güləşçi dünya çempionu idi. Ancaq qalib gəlmək istəyirsənsə, gərək güclü idmançını yolundan kənarlaşdırasan. Yalnız yarımfinalda səhvə yol verdim”.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO











