RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Avtosfer.az xəbər verir ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb. Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzur dəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzər regionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləri yüksək qiymətləndirib. Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












