RİNN-də Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Tədbir Respublika Qan Bankının dəstəyi ilə təşkil edilib.
Avtosfer.az bildirir ki, bu humanist təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib. Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada fəal iştirak ediblər.
Donor olmaq istəyən şəxslərin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












