Ronaldo "qətlə yetirildi" - Şübhəli şəxs saxlanıldı... - FOTOLAR

"Real-Madrid” futbol klubu ciddi təhlükə ilə üz-üzə qalıb. Santiaqo Sançez Ramirez adlı şəxs snayper tüfəngi ilə Kral klubunun ulduzlarının şəklini çəkib. Çəkdiyi şəkilləri çap edən şəxs, polis tərəfindən nəzarətə götürülüb. İfadəsində "Kristiano Ronaldo və Florentino Perezi öldürdüm” deyən şəxs iddia edib ki, o, bu yolla Madrid klubunun idman akademiyasının qarşısındakı təhlükəsizlik tədbirlərinin zəif olduğunu üzə çıxarıb. Axtarışlar zamanı şübhəlinin evində "Real Madrid"in digər üzvləri Marselo, Ramos, Benzema və sabiq baş məşqçi Karlo Ançelottinin snayper silahı ilə çəkilən fotoları, həmçinin, sənədi olmayan odlu silah aşkar edilib. Ramirezin həmin fotoları öz avtomobilinin içindən çəkdiyi bildirilir.
Yerli dairələr yazır ki, məsələnin üzə çıxmasından sonra Madrid klubu təhlükəsizlik əməkdaşlarına müraciət edərək, futbolçuların mühafizəsinin gücləndirilməsini tələb edib. Hadisə barədə araşdırmalar davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













