Rostov aeroportunun uçuş-enmə zolağı bərpa edilib
Gündəm
21 Mart 2016 10:52
Oxunub 1211
Bu gündən etibarən “Boeing” şirkətinin mütəxəssisləri təhqiqatlara qoşulacaqlar
Rusiyanın Rostov-na-Donu şəhər aeroportunun uçuş-enmə zolağı bərpa edilib.
Avtosfer.az xarici mətbuata istinadən verdiyi məlumata görə, martın 19-a keçən gecə “Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində hava limanının asfalt-beton örtüyü, elektrik enerji təchizatı şəbəkəsi və işıq-siqnal sistemi sıradan çıxıb.
Bildirilir ki, bu gündən etibarən “Boeing” şirkətinin mütəxəssisləri təhqiqatlara qoşulacaqlar.
Xatırladaq ki, Dubay-Rostov marşrutu üzrə uçan “flydubai” aviaşirkətinə məxsus “Boeing” sərnişin təyyarəsi şənbə gününə keçən gecə hava limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR