Rövşən Lənkəranski torpağa tapşırılıb - FOTO

*** 10:50
Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) dəfn edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Cənub bürosunun verdiyi məlumata görə, mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edib.
Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.
Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib.
Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunub.
Qeyd edək ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.
Xatırladaq ki, Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.
Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra - 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI


















