Rövşən Lənkəranskinin qatlinini öldürənlər tutuldu - Rusiyada

Sankt-Peterburqda iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın “Fontanka.ru” saytına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər əvvəllər məhbus həyatı yaşamış, 1975-ci il təvəllüdlü Hüseyn və 1979-cu il təvəllüdlü Emin adlı şəxslərdir. Həmin şəxslər qətllə bağlı cinayət işi çərçivəsində ilkin olaraq iki gün müddətinə saxlanılıb. İstintaqın versiyasına əsasən, onlar bu ilin sentyabr ayının 11-də Tbilisidə kriminal avtoritet, 1975-ci il təvəllüdlü Elçin Məmmədovu qətlə yetiriblər. Xatırladaq ki, E. Məmmədovun meyiti “Toyota Land Cruiser” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa adamlarla restoranda olub və onlarla mübahisə edib.
Qeyd edək ki, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Həmin şəxs Rusiyada cinayət əməllərinə görə axtarışda olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












