Röyanın keçmiş ərini döydülər - Gecə klubunda dava

Bir neçə gün əvvəl “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar. Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.
Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Nəsimi rayon polis idarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












