Rus pulu, butulka qapağı verib aradan çıxırlar: problem nə zaman həll olacaq? - AÇIQLAMA

Paytaxtda iritutumlu və kartla işləyən avtobuslar üstünlük təşkil etsə də, hələ də gediş haqqının nağd pulla ödəndiyi nəqliyyat vasitələri qalmaqdadır.
Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, kiçik ölçüdə olan və kartla ödənişin mümkün olmadığı bu avtobuslar əsasən Sulutəpə, Biləcəri və s. qəsəbələrdə fəaliyyət göstərir.
Belə avtobuslar həm həcm baxımından kiçik, həm də köhnə olduğundan sərnişinlərlə sürücü arasında tez-tez mübahisə yaranır.
Belə ki, kartla işləyən avtobuslarda ödəniş ön qapıda edildiyindən, sərnişinlər ünvana çatanda gözləmədən arxa qapıdan düşüb gedə bilirlər.
Köhnə avtobuslarda isə sürücülər dayanacağa çatanda arxa qapını bağlayır və bütün sərnişinlərdən ön qapıdan ödəniş edib düşməsini tələb edir.
Səhər işə, dərsə və s. tələsənlərlə sürücü arasında bu səbəbdən tez-tez mübahisə yaranır. Sürücülər deyir ki, bəzi sərnişinlər arxa qapı açıq olanda ödəniş etmədən qaçıb gedir. Bu məsələdə avtobus sürücülərinin tamamilə haqsız olduğunu demək olmaz.
Hətta bu gün söhbətləşdiyimiz 158 nömrəli avtobusun sürücüsü deyir ki, ödəniş edərkən onları aldadan sərnişinlər də olur.
"Biz nələr görmüşük. Eləsi var, gediş haqqını saqqızdan çıxan saxta manatla ödəyir, eləsi var rus pulu verir, eləsi də olub ki, şüşə qapağını qəpik adıyla qoyub gedib".
Bu problemin çıxış yolu isə avtobusların daha böyükləri ilə əvəzlənməsi və kartla ödəniş siteminə keçid edilməsidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat katibi Tural Orucov Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, istismar müddətini başa vurmuş avtobusların yenilənməsinə ehtiyac var. Qurum rəsmisi problemin aradan qaldırılması üçün müəyyən işlər görüləcəyini desə də, bu işlərin hansı müddəti əhatə edəcəyi barədə dəqiq məlumat verməyib:
"Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermirlər. Bu avtobusların bəziləri istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib. AYNA marşrut xətlərində avtobus sayını gündəlik nəzarətə götürüb. Avtobusların hərəkətində faziləsizlik təmin edilir. Müəyyən xətlər üzrə avtobuslararası interval azaldılıb, bəzi marşrut xətlərində isə kiçiktutumlu avtobuslar iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib".
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










