Rusiya aviaşirkətləri ötən il 177 mln. dollar zərər edib

2016-cı ildə Rusiyada fəaliyyət göstərən aviasiya şirkətlərinin ümumi zərəri 10 mlrd. rubl (təxminən 177 mln. ABŞ dolları) təşkil edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dövlətin aviaşirkətlərə dəstək verməsinə baxmayaraq maliyyə itkisindən qaçmaq mümkün olmayıb. Aviadaşıyıcıların üzləşdiyi zərərin əsas hissəsi daxili reyslərin hesabına yaranıb. Rusiya hökuməti əlavə dəyər vergisinin dərəcəsini müvəqqəti olaraq 10%-ə endirsə də, daxili aviareyslər şirkətlərə 33 mlrd. rubl (təxminən 586 mln. dollar) zərər vurub. Rusiya aviaşirkətləri xarici aviareyslərin hesabına əldə etdikləri 23 mlrd. rubl (408 mln. dollar) gəlir hesabına zərərlərini qismən azalda biliblər. Qeyd edək ki, ötən il Rusiyada 1 trln. rubl (17,7 mlrd. dollar) dəyərində aviabilet satılıb. Hesabat dövründə aviadaşımaların həcmi 3,8% ( 88,55 mln. sərnişin) azalıb.
Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT: Rəhbəri və həyat yoldaşı həbs olundular
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ










