Rusiya azərbaycanlılarla birgə itən gəminin axtarışını dayandırıldı

Yapon dənizində 20 nəfər heyət üzvi ilə itkin düşən "Vostok" gəmisinin axtarışı dayandırılıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə "Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib. Bir müddət öncə axtarışların aktiv fazası dayandırılmışdı. "Yaxınlıqdan keçən gəmilərlə axtarış dayandırılıb. Onlar "Vostok"u 9 gün axtarıblar. Nə insanlar, nə gəmi, nə də onların hər hansı əşyası tapılmayıb", deyə "RİA Novosti"nin mənbəsi bildirib. Xatırladaq ki, adıçəkilən balıqçı gəmisi yanvarın 25-də Yapon dənizində qəza siqnalı verdikdən sonra itib. Gəmidə 20 nəfər olub. Onların arasında iki azərbaycanlı da var idi - 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə. Gəminin məxsus olduğu "DV-flot" şirkəti heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində (təqribən 27 min dollar) yardım edəcək. Bu barədə şirkətin baş direktoru Stanislav Malçevski məlumata verib. Bundan başqa onlara sığorta ödənişləri də olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












