Rusiya erməni "avtoş" qızı buraxmadı

Rusiyada məhkəmə qalmaqallı "Gelandewagen" işində adı keçən erməni "avtoş" qız Meri Baqdasaryanın hökmünü qüvvədə saxladı. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Savekovski məhkəməsi xəstəlik kağızını saxtalaşdırmaq ittihamı üzrə hökmü qüvvədə saxlayıb. Bununla yanaşı, onun apellyasiya şikayəti də təmin edilməyib. Baqdasaryan sənədi saxtalaşdırdığı üçün 1 il islah işləri cəzası alıb. Onun əmək haqqının 15 faizi dövlətə veriləcək. İstintaqın məlumatına görə, erməni "avtoş" yerli poliklinikalardan birindən alınıb. Bu yolla o cəzadan yayınmaq istəyib. Erməni qızın özü məhkəmədə iştirak etməyib. Meri Baqdasaryan Rusiyanın tanınmış "avtoş"larındandır. May ayında Moskva küçələrində "Gelandewagen"lə yürüşə çıxan Rusiyanın "Lukoil" şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarovun işindən sonra erməni qızın adı daha tez-tez hallanmağa başlayıb. Ruslan Şamsuarovun və onun dostlarının olduğu bahalı maşın Rusiya paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub. Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da, bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












