Rusiya Ermənistana silah tədarükünə başladı

Rusiya tərəfindən Ermənistana kredit razılaşması üzrə silah tədarükü prosesi artıq başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az ria novosti-yə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib.
Ermənistan hökuməti aprelin 15-də Rusiya hökuməti ilə Yerevana 200 milyon dollar dövlət ixrac krediti əsasında hərbi təyinatlı məhsulların tədarükünə dair qərar layihəsini təsdiqləyib.
Ölkələr arasında kreditin verilməsinə dair müqavilə 2015-ci ildə bağlanıb. Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, silah tədarükünə dair “sazişlərin imzalanması üzrə iş aparılır”.
“Ermənistana 200 milyon dollar həcmində kredit razılaşması üzrə silah tədarükü prosesi çoxdan gedir, amma deyə bilmərəm ki, konkret tədarük gedir”, - Ovannisyan jurnalistlərə bildirib.
Silahın tədarük müddətinə və Rusiya krediti çərçivəsində erməni ordusunun tam silahlanmasına gəldikdə isə o qeyd edib ki, dövlət maraqlarından kənara çıxaraq məlumat verə bilməz.
Mətbuat katibinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil.
“Kredit barədə söhbət getməyəndə də biz planlı şəkildə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq. Biz dəfələrlə demişik ki, sərəncamımızda çox keyfiyyətli silahlar var, onların olması çox vacibdir, başqaları bu silahları yalnız arzulaya bilər”, - Ovannisyan deyib.
A.Ovannisyanın sözlərinə görə, Rusiya ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.
Daha öncə Ermənistanın Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan “TOS-1A” sistemlərini, idarəedilən “9M113M” raketlərini, “RPQ-26” qumbaraatanlarını, “Draqunov” snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndis və rabitə vasitələrini almaq istəyir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












