Rusiya gəmiləri Şimali Koreyaya neft və neft məhsulları daşıyır

Rusiya gəmiləri BMT-nin sanksiyalarına baxmayaraq, Şimali Koreyaya neft və neft məhsulları daşıyır. “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, oktyabr və noyabr aylarında minimum 3 nəql həyata keçirilib. Mənbələrdən biri qeyd edib ki, oktyabrın 15-də Slavyanka limanından “Vityaz” adlı tanker 1,6 min ton neftlə yola düşüb. Gəmi Yapon dənizində balıqçılıq donanmasına istiqamətlənib. Lakin bir neçə gün müddətində gəminin hərəkətini izləməyə imkan verən transponder söndürülüb.
Mənbənin sözlərinə görə, bu müddətdə tankerdən yanacaq Şimali Koreyanın “Sam Ma 2” tankerinə boşaldılıb. “Vityaz” gəmisinin sahibi, “Alisa” şirkətinin direktor müavini Yaroslav Quk Şimali Koreyanın hər hansı gəmiləri ilə əlaqələri barədə məlumatları təkzib edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












