Rusiya gəmisi Bakıda təmir olunur - FOTO

Rusiyaya məxsus torpaqsoran gəmi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunur. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, dedveyti 415 ton, uzunluğu 14.7, eni 13 metr olan “Axtubinsk” torpaqsoran gəmisində bir sıra təmir işləri aparılır. Belə ki, gəminin baş mühərriki, baş mühərrikin yanacaq aparatları, soyutma nasosları, su soyuducusu, kompressorları, köməkçi mühərrikləri və s. əsaslı təmir edilir. Eyni zamanda gəminin torpaqsoran nasosu, kranı, yerqazan frezi, boru sistemləri, elektrik şitləri, generatorları və s. sazlanır, kayutlarda təmir işləri həyata keçirilir. Gəminin gövdəsinin sualtı və suüstü hissələrinin qismən rənglənməsi başa çatdırılıb. “Axtubinsk”ə yedək və təchizat xidmətləri göstərən “MZ 152” gəmisi də “Zığ” Gəmi Təmiri Zavodunda təmirdədir. Gəminin mühərrik və nasosları əsaslı təmir olunub, gövdəsində zəruri qaynaq işləri görülüb. Qeyd edək ki, bu gəminin funksiyası dənizdə müxtəlif işlər zamanı “Axtubinsk”ə yardım etməkdir. Ümumiyyətlə, “Axtubinsk” gəmisinin çox maraqlı tarixçəsi var. Belə ki, bu gəmi əvvəllər “Sovet Azərbaycanının 50 illiyi” adlanıb və Xəzər Dəniz Gəmiçiliyinin Bakıda yerləşən keçmiş Vano Sturua adına Gəmi Təmiri-Gəmiqayırma Zavodunda inşa edilib. Bünövrəsi 1967-ci ilin dekabrında qoyulub, 1971-ci ilin aprelində inşası başa çatıb. Ötən əsrin 70-ci illərində 16 ədəd bu tip torpaqsoran gəmi tikmək planlaşdırılırdı. İndi “Axtubinsk”, o vaxtlar isə “Sovet Azərbaycanının 50 illiyi” adlanan bu gəmi flaqman hesab olunurdu. Gəmi hazırda Rusiya Federasiyasının Dövlət bayrağı altında istismar edilir. Gəmi dibdərinləşdirmə işlərin görülməsi üçün nəzərdə tutulub. Heyətin 36 üzvü var. Sürəti 10 uzel olan gəminin təmir işləri yaxın vaxtlarda yekunlaşacaq. Xatırladaq ki, “Zığ” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdir. Zavod, həmçinin gəmi sistem və qurğularının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, gəmilərin doka qaldırılaraq sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini həyata keçirir. Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Tərsanə, Təmizləmə-rəngləmə bölmələri, Enerji-mexaniki xidmət, Ağac emalı, Tökmə və Elektrik-quraşdırma sahələri daxildir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT




















