"Rusiya helikopterləri" mərkəzi açılacaq - Azərbaycanda

"Rusiya helikopterləri" ("Vertolyotı Rossii") servis mərkəzinin Azərbaycanda açılması haqqında saziş Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək "ADEX 2016" 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacaq.
Avtosfer.az "ria novosti"-yə istinadən xəbər verir ki, bu barədə "Rusiya helikopterləri" holdinqindən bildiriblər.
Mərkəz "Mi-8/17" mülki helikopterlərə, gələcəkdə isə hərbi təyinatlı helikopter texnikasına xidmət göstərəcək.
Holdinqdən qeyd ediblər ki, servis mərkəzi "Silk Way Helicopter Services" müəssisəsinin bazasında fəaliyyət göstərəcək. Hazırda bu mərkəzin hərbi təyinatlı helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə genişləndirilməsi məsələsi müzakirə edilir.
Daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq.
Xatırladaq ki, “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












