Rusiya ilə Azərbaycan arasında aviareyslərin sayı arta bilər
Gündəm
5 Fevral 2018 17:11
Oxunub 860

“RusLayn” həftədə 3 dəfə Ufa-Bakı və Samara-Bakı, həftədə 5 dəfə Moskva-Naxçıvan reysləri üzrə uçuş həyata keçirəcək
Rusiyanın “RusLayn” aviaşirkəti Azərbaycana 3 müxtəlif marşrut üzrə reysin həyata keçirilməsi üçün lisenziya alıb. Trend bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir. Protokolda qeyd olunur ki, “RusLayn” həftədə 3 dəfə Ufa-Bakı və Samara-Bakı, həftədə 5 dəfə Moskva-Naxçıvan reysləri üzrə uçuş həyata keçirəcək. Bundan başqa, “Severnıy veter” aviaşirkətinin Yekaterinburq-Lənkəran reysini könüllü şəkildə geri çağırdığı barədə məlumat verilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













