Rusiya ilə sərhəddən 300-ə qədər avtomobil keçdi

İki gün ərzində Azərbaycan-Rusiya sərhədindən 300-ə qədər yük avtomobili keçib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, son günlərdə Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı mövcud vəziyyətlə tanış olmaq üçün noyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda olub. Komitə sədri avtonəqliyyat vasitələrinin sürücüləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandıraraq bildirib ki, Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparılır və problemin qısa vaxtda həll edilməsi üçün bütün müvafiq tədbirlər görülür.
Yaranan problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı danışıqlardan sonra iki gün ərzində 300-ə qədər yük avtomobilinin sərhədi keçməsi təmin edilib və sıxlıq nisbətən aradan qaldırılıb. Bundan başqa Rusiya Federasiyası rəsmiləri yaxın 2 gün ərzində sıxlığın tam aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










